Bu ilin yanvar ayının yekununda Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 49 292 manat təşkil edib.

 

Bu, ilin əvvəli ilə müqayisədə 0,3%, ötən il fevralın 1-nə nisbətən isə 8,8% çoxdur.

İpoteka kreditləri üzrə əsas məbləğlə yanaşı, aylıq ödəniş də artmaqdadır. Yanvarın sonuna bu rəqəm 348 manat olub ki, bu da aylıq müqayisədə 0,3%, illik müqayisədə isə 7,7% çoxdur.

 

Son 1 ildə və 1 ayda kreditlərin orta müddəti dəyişməsə də (hazırda 281 aydır), orta illik faiz dərəcəsi illik müqayisədə 0,08 faiz bəndi azalaraq 6,63%-dən 6,55%-ə düşüb. Aylıq müqayisədə də faiz dərəcəsində fərq olmayıb.

 

© “Renkinq”