Sön dövrlərdə bir çox bankların ipoteka kreditləri ilə bağlı cəlbedici təkliflərini görürük. Bəs, bu kreditləri bankların hansı filiallarından əldə etmək olar? Budəfəki araşdırmamız ipoteka kreditləri ilə bağlıdır.

 

 

 

 

 

 

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinin əsas şərtləri aşağıdakı kimidir. 

Şərtlər İpoteka kreditləri Güzəştli ipoteka kreditləri
Maksimal  məbləğ 150 000 AZN 100 000 AZN
Maksimal illik faiz dərəcəsi 8% 4%
Maksimal müddət 25 il 30 il
Minimal ilkin ödəniş 15% 10%

Bu cədvəl onu göstərir ki, bankların son dövrlərdə ipoteka kreditinin məbləğini artırmaqla bağlı reklam təklifləri məhz AİF-in müvafiq qərarından irəli gəlir.

İpoteka fondunun vəsaiti hesabına verilən kreditlərini hansı banklardan əldə etmək olar?

Bu kreditləri aşağıdakı siyahıda qeyd olunan bankların göstərilmiş filiallarından əldə etmək mümkündür.

Qeyd etmək lazımdır ki, hal-hazırda bütün müvəkkil banklar, güzəştli ipoteka kreditləri üzrə limitini bitirib və güzəştli şərtlərlə kredit üçün heç bir müraciət qəbul olunmur. 

Bankın adı (müvəkkil kredit təşkilatı)   Filiallar Yaşayış minimumu* İlkin ödəniş faizi**
Adi Güzəştli
“Yapi Kredi Bank” QSC Filiallar 155 30 30
“Xalq” Bankı ASC Filiallar 155 30 30
“UniBank” KB ASC Filiallar 155 20 20
“Turanbank” ASC Filiallar 155 30 30
“Rabitəbank” ASC Filiallar 155 30 30
“Kapital Bank” ASC Filiallar 200 30 30
“Express Bank” ASC Filiallar 155 20 20
Bank “BTB” ASC Filiallar 155 20 30
“Nikoyl” ASC Filiallar 155 15 15
“NBCBank” ASC Filiallar 155 15 25
“GünayBank” ASC Filiallar 155 25 25
“Bank Silk Way” ASC Filiallar 155 25 30
“Bank Respublika” ASC Filiallar 200 25 15
“Azər-Türk Bank” ASC Filiallar 180 25 15
“AFB Bank” ASC Filiallar 180 30 25
“Bank VTB (Azərbaycan)” Filiallar 175 20 15
“Bank Avrasiya” ASC Filiallar 155 15 15
“Muğanbank” ASC Filiallar 160 30 30
“Bank of Baku” ASC Filiallar 180 20 25
“AtaBank” ASC Filiallar 180 30 30
“PAŞA Bank” ASC Filiallar 180 30 30
“AGBank” ASC Filiallar 170 25 15

*Yaşayış minimumu – Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat müəyyən edilmişdir.

**İlkin ödəniş – Borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. Ilkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən az olmamalıdır.

DəmirBankda hal-hazırda adi ipoteka kreditlərinin verilişi üzrə də  limitlər bitdiyindən cədvəldə adı yer almayıb. 

Digər banklarda isə göstərilən filiallar üzrə adi ipoteka kreditlərinin əldə edilməsi mümkündür.

Güzəştli əsaslarla verilən ipoteka kreditləri üzrə limitlər isə artıq bitib və hələlik heç bir bank güzəştli ipoteka kreditləri təqdim etmir.