2019-cu ilin yanvar-mart ayları ərzində isə artıq 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 mln.manat) mənzil əldə edib.

Bu barədə  İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə nəzər saldıqda, son illər ərzində bu sahədə kifayət qədər müsbət dinamikanın baş verməsini görmək olar. Belə ki, 2017-ci ildə Fondun xətti ilə 3109 nəfər ailəyə 203 milyon manat məbləğində, 2018-ci ildə isə 3960 ailəyə 273 milyon manat məbləğində ipoteka krediti verilib.

@Marja