Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2021-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

APA-Economics”in məlumatına görə, bu barədə İKZF-nin açıqlamasında deyilir.

“Limitlərin aktivləşdirilməsi 14 yanvar 2021-ci il tarixində saat 10:00-da başlayacaq”, – məlumatda deyilir.