Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi cari il iyunun 30-da uğurla başa çatdırılıb.

Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən məlumat verilib.

Mənzil seçimi etmiş vətəndaşlara dair və seçilmiş mənzillər barədə statistik məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

https://mida.gov.az/az/statistics/statistics_19/

https://mida.gov.az/az/statistics/statistics_20/