2016-cı ilin noyabr ayında   dövdət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitlər əvvəlki illə müqayisədə 6,5% artıb.  Həmin ay ayrılan vəsait 4.9 milyon manat olub.

Mərkəzi Bankın statistikasından məlum olur ki,  2016-cı ilin ilk 2 ayında büdcədən İpoteka Fonduna vəsait ayrılmayıb.  Ötən il Fonda ən  çox vəsait  mart ayında ayrılıb – 11 milyon manat.

2005-ci ildən bu yana ən çox vəsait 2008-ci ildə ayrılıb. Həmin il İpoteka Fonduna  büdcədən ayrılan vəsaitin məbləği 22 milyon manat olub. 2016-cı ilin noyabr ayında isə Fonda ayrılan vəsait ondan təxminən  4,1 dəfə az olub.

Qeyd edək ki, 2016-cı ilin may ayından banklar ipoteka krediti verməyib. Ötən il banklar vasitəsilə ən çox ipoteka krediti  yanvar ayında verilib – 0.6 milyon manat. Bu da 2015-ci ilin sonu ilə müqayisə 162 dəfə az olub . 2015-ci ilin sonunda isə banklar tərəfindən verilmiş ipoteka kreditiləri  97 milyon 200 min manat olub.

2016-ci ilin noyabr ayında İpoteka Fondu tərəfindən 0.6 milyon manat məbləğində vəsait ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə ayrılıb. Ötən ilin sonu ilə müqayisədə bu vəsait kifayət qədər az olub. Çünki 2015-ci ilin sonunda yenidən maliyyələşdirilmə üçün ayrılmış vəsait 113.6 milyon manat olub.

Onu da deyək ki,  indi  İpoteka Fondu qiymətli kağızlar bazarında öz istiqrazlarını yerləşdirir. Lakin 2016-cı ildə ümumiyyətlə bununla bağlı əməliyyat həyata keçirilməyib.

Xatırladaq ki, indi demək olar ki, bütün banklar fərdi ipoteka kreditlərini dayandırıb. Ancaq 3 bank müştərilərinə  ipoteka kreditini aşağıdakı şərtlərlə verir:

 

 

 

İllik faiz dərəcəsi İlkin ödəniş Məbləğ Müddət
Accessbank 24-25% Mənzil qiymətinin minimum 20%-i həcmində min.10 000 – max.150 000 24 ay
Dəmirbank 16% 25% Min.10.000-

Max.200000

10 il
Yapı Kredi Bank Azerbaijan 16% 30% Min.15.000-

Max. 75.000

1-5 il

Fins.az