“Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yerli və xarici valyutada uzunmüddətli emitent defolt reytinqlərini “BB+” olaraq təsdiqləyib.

“Report” xəbər verir ki, agentlik reytinqə dair “mənfi” proqnoz verib.

“Fitch”-in məlumatında göstərilir: “Fitch yuxarıdan aşağıya vahid yanaşma tətbiq edərək qiymətləndirilən qurumla əlaqənin və dəstək üçün təşviqin gücünü qiymətləndirir. Fondun 50 ballıq hesabı var ki, bu da fondun müstəqil kredit profilindən asılı olmayaraq, reytinqlərinin Azərbaycan Respublikası ilə bərabərləşməsinə gətirib çıxarır. Fondun statusu, mülkiyyət və nəzarət vəziyyəti “çox güclü” şəkildə dəyərləndirilir”.