2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun verdiyi 126,9 milyon manat güzəştli kreditin 35,8 milyon manatı və yaxud 28,2%-i Aran bölgəsinin payına düşüb.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Ayrılmış kreditlərin məbləğinə görə, növbəti yerlərdə Abşeron (32,3 milyon manat), Bakı (26,7 milyon manat), Quba-Xaçmaz (10,7 milyon manat), Gəncə-Qazax (10,5 milyon manat), Şəki-Zaqatala (4,2 milyon manat), Lənkəran (2,9 milyon manat), Yuxarı Qarabağ (2,4 milyon manat) və Dağlıq Şirvan (1,4 milyon manat) bölgələri qərarlaşıb.

Ötən il Fondun maliyyələşdirdiyi layihələrdə də Aran bölgəsinin payı yüksəkdir. 908 layihədən 309-u və yaxud 34%-i bu bölgənin payına düşüb. Növbəti yerlərdə Quba-Xaçmaz (160 layihə), Lənkəran (148 layihə), Gəncə-Qazax (122 layihə), Şəki-Qazatala (42 layihə), Dağlıq Şirvan (34 layihə), Abşeron (33 layihə), Bakı (32 layihə) və Yuxarı Qarabağ (28 layihə) bölgələri qərarlaşıb.