Cari ilin yanvar-sentyabr ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı məlum olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 51.347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.

Qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14.549 və ya 39,5% çoxdur.