Azərbaycan Respublikasının Kredit və Zəmanət Fondunun  xətti ilə cari ilin əvvəlinədək 2 057 fərdi yaşayış sahəsinə ipoteka krediti verilib.

APA-Economics”in Fonda istinadən verdiyi xəbərə görə, beləliklə, bu müddətdə verilmiş dövlət xətti ilə verilmiş cəmi ipoteka kreditlərinin 7,4%-i məhz bu kateqoriyadan olan sahələrin payına düşüb.

Qeyd edək ki, Fondun xətti ilə 2006-cı ildən bu il yanvarın 1-dək ümumilikdə 27 812 ipoteka krediti verilib.