“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) agent bankları kredit verilməsinin bərpasından sonra ümumilikdə 7,07 milyon manatdan çox – 114 ipoteka krediti təqdim edib. Bu barədə fondun saytı məlumat verir.

Buna qədər isə banklar altı ay müddətində ipoteka kreditləri verməyib. 2015-ci ildə ipoteka kreditlərinin həcmi 97,2 milyon manat təşkil etmişdi.

Ümumilikdə, 2006-cı ildən bu günə qədər AİF kredit təşkilatları tərəfindən 737,88 milyon manat həcmində – 18 111 ipoteka krediti təqdim edilib.

Trend