2020-ci ildə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 257,5 mln. manat həcmində ipoteka krediti verib ki, bu da illik müqayisədə 48,3% artıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, təkcə dekabr ayında dövlət xətti ilə 28,8 mln. manatlıq ipoteka kreditləri götürülüb ki, bu da aylıq müqayisədə 4,4 mln. manat və ya 36,8% çoxdur.

Qeyd edək ki, İKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 2020-ci ildə 163,7 mln. manat bərabər olub. Bu, illik müqayisədə 25,7% azdır.