Bu ilin yanvar-oktyabr ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 127,6 milyon manat ipoteka krediti verilib.

 

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% azdır.

 

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 3,2% artaraq 207,7 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25,7% azalaraq 130 milyon manata düşüb.

 

Hesabat dövründə İKZF-yə dövlətbüdcəsindənayrılmış vəsaitisə 20% azalaraq 80 milyon manat olub.