Bu ilk yanvar-iyun aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 93,3 mln. manat ipoteka krediti verilib.

APA-Economics”in Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna istinadən verdiyi məlumata görə, göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6,6% azdır.

Qeyd edək ki, hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 89% artaraq 75,5 mln. manata çatıb.