Bu ilin yanvar-fevral aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 57,7 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 3,6 dəfə artaraq 40,2 milyon manata yüksəlib, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə vəsait cəlb olunmayıb.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 17,8 milyon manat olub.