Bu ilin yanvar-iyul aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 230,5 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 5,2 dəfə artaraq 182,3 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə vəsaitlərin həcmi isə dəyişməyərək 105 milyon manat olub.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə dəfə azalaraq 35,6 milyon manat olub.