Bu günə qədər “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə 20 210 nəfərə ipoteka krediti verilib.
“Report” bu barədə AİF-ə istinadən xəbər verir.
Məlumata görə, hazırda Fondun ipoteka portfeli 869 678 546 manat təşkil edir. Bu, hər borclana orta hesabla 43 032 manat ipoteka krediti verilməsi deməkdir.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 366 mln. manatdır.