Azərbaycan bankları ipoteka kreditləri üçün ayrılmış limitlərdən tam istifadə etmirlər.

FED.az xəbər verir ki, 2018-ci ildə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ölkə banklarına 247 milyon manatlıq ipoteka krediti limiti açılsa da, bankları bunun yalnız 194 milyon manatlıq krelit veriblər və 78,5%-dən istifadə ediblər.

2018-ci ildə ən böyük məbləğdə ipoteaa krediti verən bank NBC Bank olub. Bu banka ayrılan 36 milyon manatıq limitdən 33,3 milyon manat kreit verilib.

İpoteka kreditinin həcminə görə sonrakı yerləri «Rabitəbank»  – 22 milyon limitə qarşı 20,6 milyon manat kredit verib, «Nikoyl bank» –  20 milyon limit qarşısında 19,9 milyon kredit verib və Azərbaycan Beynəlxalq Bankı olub (20 milyon manat limit qarşısında 15,9 milyon manat ipotkaa krediti verib).

Ölkədə ən az ipoteka krediti verən bank isə Azərbaycan Sənaye Bankıdır. 2018-ci ildə bu banka 5 milyon manat ipoteka krediti limiti ayrılsa da, bank cəmi 208 min manat ipoteka krediti verib. Və ya öz limitinin yalnız 4%-dən istifadə edib.

Ümumiyyətlə ölkədə 6 bank  ipoteka krediti üçün açılmış limitin yarısından azını istifadə edib.