“Azərbaycan İpoteka Fondu” ASC avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı açıq tender elan edib.

Bu barədə fonda istinadən xəbər veririk.

İddiaçılar tenderdə iştirak etmək üçün ərizə, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, tender təklifi, hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri, təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr), iddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafıq vergi orqanından arayış (DSMF və Vergilər Nazirliyi), iddiaçıların fəaliyyət sahəsi üzrə iş təcrübəsi barədə məlumatlar təqdim etməlidirlər.

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər.

İddiaçı tərəfindən təklif olunan qiymət təklifi avtonəqliyyat vasitələrinin dəyərindən başqa nəqliyyat, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla AZN-lə göstərilməlidir.

Tenderdə iştirak haqqı 500 AZN-dir. İştirak haqqı “Azərbaycan İpoteka Fondu” ASC-nin aşağıdakı hesabına köçürülməlidir.

Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 31 yanvar 2017-ci il saat 18.00-dək, tələb olunan digər sənədlər isə 18 yanvar 2017-ci il saat 18.00-dək “Azərbaycan İpoteka Fondu” ASC-nin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Tender zərfləri 1 fevral 2017-ci il saat 15.00–da “Azərbaycan İpoteka Fondu” ASC-nin inzibati binasında açılacaq.

Report