“AccessBank” QSC İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankı olub.

Fondun saytında dərc olunmuş məlumata görə, İKZF-nin vəsaitlərindən ipoteka kreditləri verən agent bankların ümumi sayı 26-ya çatıb.

“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.

© İnterfaks-Azərbaycan