Azərbaycan İpoteka Fondunun (AİF) xəttilə indiyədək 19 min 279 ipoteka krediti verilib.

Oxu.Az AİF-ə istinadla xəbər verir ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 810 milyon 199 min 80 manatdan çoxdur.

Qeyd edək ki, kreditlər manatla təqdim olunur. Adi ipoteka kreditləri üzrə faizlər 8, güzəştli ipoteka kreditləri üzrə faizlər isə 4-dür.