Beynəlxalq Bank bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayadırdıqdan sonra, mənzil satışları kəskin aşağı düşüb. Xəbər verdiyimiz ki, tikinti şirkətləri endirimlər və daxili kreditləri ilə yaranmış vəziyyəti az da olsa kompensasiya etməyə çalışırlar.

20 illik ipoteka kreditinin nə vaxt bərpa ediləcəyi tikinti şirkətləri ilə bərabər, alıcıları da maraqlandırır.

Tikinti şirkətləri xəbər verir ki, Beynəlxalq Bankın yaxın günlərdə krediti bərpa edəcəyi gözlənilir. Artıq bir sıra tikinti şirkəti öz Facebook səhifəsində bu barədə müştərilərə cavablar yazırlar.

Qeyd edək ki, Beynəlxalq Bank 20 illik ipoteka kreditini illik 10%-lə təklif edirdi. İlkin ödəniş isə bəzi layihələrdə mövcud deyildi, bəzi layihələrdə isə 10% təşkil edirdi.

Marja