2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC–nin AZ2060008680 ISIN-li, 15 milyon manat həcmində, 9000 (8951 qalıq) gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Banker.az bu barədə BFB-yə istinadla xəbər verir.

Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilmişdir.

Hərrac qiyməti 1,004.0833 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,000,000.00 manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 15,000,000.00 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 4 dekabr 2046-cı ildir.