2015-ci ilin yekununa görə, Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 97,2 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, 2014-cü illə müqayisədə cəmi 100 min manat çoxdur. İl ərzində adambaşına düşən ipoteka məbləği 40 206 manatdan 40 873 manata, kredit müddəti isə 279 aydan 280 aya yüksəlib. Əvəzində ipoteka kreditlərinin orta illik faiz dərəcəsi 6,79%-dən 6,71%-ə, aylıq ödəniş məbləği isə 333 manatdan 298 manata düşüb.