Azərbaycan İpoteka Fondu 2016-cı ildə təkrar maliyyələşmə üçün ayrılan aktiv kreditlərin sayını açıqlayıb.  Siyahıda ilk yeri “Muğanbank” tutur.
Bu bank 2 128 krediti Fondun vasaitləri hesabına yenidən maliyyələşdirib. Siyahıda ikinci yeri “Bank BTB” tutur. Onun maliyyələşdirdiyi ipoteka kreditlərinin sayı 1 942 olub.
İlk üçlüyü “AGBank” tamamlayır. Bankın təkrar maliyyələşməyə yönəltdiyi kreditlərin sayı 1 551-ə çatıb.
Ən az kredit verən bank isə “Bank VTB” (Azərbaycan) olub. Bu bank İpoteka Fondunun vəsaitləri hesabına cəmi 2 krediti təkrar maliyyələşdirib.

Fins.az