Keçən ay Almaniya, Hollandiya və Belçikada satılan yumurtalarda böcək dərmanına rast gəlinib.

Mütəxəssislər Belçikada milyonlarla yumurtada böcək dərmanı tapıldığını, istifadəçilərə tədbir üçün “X-NL-40155XX” kodlu yumurtaları qətiyyən almamağı məsləhət görüb.

Belçikada Qida Təhlükəsizliyi Agentliyi, iyun ayında ölkədə satılan yumurtalarda “fipronil” maddəsinin olduğuna, ancaq “gizliliyi” səbəbi ilə xalqa açıqlanmadığını deyib. Agentlik yumurtaların satışdan qaldırılmasına ehtiyac olmadığını, araşdırmalarda yumurtalardakı dərmanın çox az miqdarda olduğunu bildirib.

Fipronil nədir?

Fipronil, heyvanlarda birə, bit və gənələri yox etmək üçün istifadə olunan böcək dərmanlarındakı maddədir və insanların qidalanacağı heyvanlarda istifadəsi qadağandır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “orta dərəcədə təhlükəli” olaraq təqdim etdiyi bu maddə yüksək miqdarda istifadə edildiyi zaman qaraciyər, böyrək və treoid vəzilərinə mənfi təsir edir.