Çin ləngiyən iqtisadiyyatını yenidən canlandırmaq üçün 303 nəhəng layihə həyata keçirəcəyini bildirib.

“Marja” xəbər verir ki, dünən axşam Çin Nəqliyyat Nazirliyinin internet səhifəsində yaydığı informasiya, ölkə iqtisadiyyatı üçün yeni bir həyəcan yaradıb.

Nəqliyyat Nazirliyi 3-ci il ərzində nəqliyyat infrastrukturuna 724 milyard dollar xərclənəcəyini açıqlayıb. 303 nəhəng layihə ilə, ölkə daxilində yeni avtomobil yolları, dəmir yolları, hava limanları, tramvay xətləri və su kanalları inşa ediləcək.

Çin hökumətinin metallurgiya, sement və enerji sektorlarını dəstəkləmək məqsədi ilə 303 layihə həyata keçirməyə qərar verdiyi bildirilir.

Çinin paytaxtı Pekindəki hava limanından qonşu əyalətə çatmaq üçün inşa edilən sürətli qatar xətti üçün 4 milyard dollar ayrılıb.

Çinin ən az inkişaf etmiş əyalətlərindən biri olan Guizhou-da Avropanın ən böyük futbol stadionu Camp Nou-dan iki dəfə böyük bir stadion inşa ediləcək. Sözügedən stadionun maya dəyərinin 180 milyon dollar olacağı bildirilir.

Çinin nəqliyyat infrastrukturuna 724 milyard dollar xərclənəcəyinin açıqlamasının ardından son iki ayın ən aşağı səviyyəsini yaşayan Çin birjası yenidən yüksəlişə keçib.