Yaponiyada pərəstişkarlarını onilliklər boyu oyun tarixini araşdırmağa dəvət edən ilk rəsmi Nintendo muzeyi açılıb.
AZƏRTAC muzeyin rəsmi saytına istinadla xəbər verir ki, Kioto muzeyində kult video oyunlardan ruhlanan interaktiv eksponatlar, oyun artefaktları, emalatxanalar və nəhəng nəzarətçilər nümayiş etdiriləcək.
Muzey üç əsas bölmədən ibarətdir. Birinci bğlmə “Learn”, şirkətin tarixinə həsr olunub, “Experience” isə interaktiv eksponatlar seriyasıdır. Üçüncü, “Create and Play”, ziyarətçilərin öz məhsulunu yarada biləcəyi emalatxanadır.
Muzeyə daxil olduqdan sonra qonaqlara on sikkə olan bir kart verilir, onlardan interaktiv eksponatlardan biri ilə oynamaq üçün istifadə edilə bilər. Emalatxana zonasında qonaqlar Nintendonun ilk məhsullarından biri olan hanafuda oyun kartlarını özləri hazırlaya bilərlər. Geniş tarix sahəsində N64 nəzarətçisinin gil modeli və məşhur oyunlar üçün ilk model kartriclər da daxil olmaqla keçmiş Nintendo modellərindən olan eksponatlar var.
Nintendo video oyun konsolları üçün “Mario”, “Donkey Konq”, “2 The Legend of Zelda”, “Star Fox”, “Nintendogs”, Wave Race və “Pikmin” kimi video oyun seriyalarını yaradan yapon oyun dizayneri Sigeru Miyamoto qeyd edir ki, məqsəd, hər təbəqədən olan oyunçuların oxşar təcrübələrdən zövq alması üçün məkanı əlçatan etməkdir.