Yaponiyanın Baş naziri Şinzo Abe ixracatın azalma, təbii fəlakətlər və son satış vergi artımı ilə azalan iqtisadi inkişafı dəstəkləmək üçün maliyyə tədbirlərini açıqlayıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, yaxın illərdə veriləcək ümumi təşviq paketi təxminən 26 trilyon yen (239 mlrd dollar) olacaq.

Məlumata görə, hökümət təşviq paketinin təqribən yarısını maliyyə sektoruna ayıracaq və bu paket real artımı 1,4% bəndi artıracaq.

Xatırladaq ki, Yapon höküməti 3 hissədən ibarət təşviq paketini 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından sonra ölkə iqtisadiyyatında uzun müddətli böyüməyə nail olmaq üçün hazırladıqlarını bildiriblər.