Yapon alimlər birbaşa insan əlinə yapışdırılaraq istifadə edilən incə, elastik displey hazırlayıblar.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, displeyin qalınlığı cəmi 1 millimetrə bərabərdir. Onun rezin örtüyə bərkidilən mikroişıqlandırıcılardan ibarət olduğu bildirilir. Bu cür ən böyük displeyin ölçüləri 6×10 santimetr təşkil edir.

Həmin displey sadə işarələri və videoları əks etdirmək qabiliyyətinə malikdir.