“Yandex” şirkəti Türkiyədə “Yaani” adlanan axtarış xidmətini işə salacağı ilə bağlı məlumat yayıb.

“vistanews.ru” saytının məlumatına görə, yeni xidmətin yaradılması üçün “Yandex” yerli “Turkcell” mobil rabitə operatoru ilə birləşib.

Xidmət ancaq Türkiyə ərazisində əlçatan olacaq və onun məzmunu yalnız türk dilində təqdim olunacaq. “Yaani” artıq sınaq mərhələsindədir. Onu hər kəsin adət etdiyi “Yandex”dən fərqləndirən xidmətdə əlavə “Hava”, “Alışlar”, “Valyuta məzənnəsi” və sairə kimi xidmətlərin olmamasıdır.

Türkiyənin Nəqliyyat və Rabitə Nazirliyi bildirib ki, qurum milli axtarış xidmətini işə salmağa hazırlaşır. “Geliyoo” adlanan yeni axtarış xidmətinin “Yahoo” və “Google”a rəqib olması gözlənilir. Milli axtarış sistemi istifadəçilərin bütün məlumatlarını ölkə daxilində saxlayacaq və onları daxili bazarda təhlil edəcək.

Türkiyənin nəqliyyat və rabitə naziri Əhməd Arslanın sözlərinə görə, belə bir layihə ölkənin daxili təhlükəsizliyi üçün olduqca vacibdir.

Analitiklərin fikrincə, Türkiyə 20 ilə yaxındır bazarda fəaliyyət göstərən “Google” və “Yandex” kimi nəhənglərə rəqib yarada bilməyəcək.

 

lent.az