2019-cu ilin 6 ayında ölkəyə daxil olan pul baratları 495.4 milyon ABŞ dolları təşkil etmişdir.

 

“Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarısı üzrə Pul Siyasəti İcmalında bildirilir.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 6 ayında ölkəyə daxil olan pul baratları 681 milyon  ABŞ dolları təşkil etmişdir. Beləliklə, ötən ilin 1-ci yarısı ilə müqayisədə bu ilin 1-ci yarısında ölkəyə daxil olan pul baratları 185,6 milyon dollar və ya 27,3% azalıb.

 

Barat – bank və ya poçt vasitəsilə göndərilən puldur.