Sistem iki günə yüzminlərlə istifadəçi itirib.
Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan “Whatsapp”, demək olar ki, artıq ən çox istifadə olunan ünsiyyət vasitələrindəndir. Bu sistem həyatımızın ayrılmaz hissəsinə çevrilib desək, yanılmarıq. Bu sistem Facebook tərəfindən satın alındıqdan sonra bir çox yeniliklər edilib, fəaliyyəti daha da genişlənib.
Lakin bu sistemin də işində ötən gün problem yaranıb.
ANS PRESS-in məlumatına görə, “Whatsapp” Braziliyada 48 saat müddətinə qadağan edilib. Mesajlaşma sisteminin Braziliya kimi böyük ölkədə qapadılmasına səbəb isə onun əməkdaşlıq təklifini rədd etməsi olub. San Paulo şəhər məhkəməsi aparılan irimiqyaslı araşdırma çərçivəsində əməkdaşlıq etmək tələbini irəli sürüb.
Lakin ona “yox” cavabı verilib.
İki gün sonra bu gün istifadəsinə icazə verilən “Whatsapp” əsl şokla üzləşib. Belə ki, şirkət rəsmiləri 48 saat ərzində yüzminlərlə istifadəçisini itirib.
Braziliya “WhatsApp”dan ən çox istifadə edən ölkələrin sırasında liderlərdən biri idi.
İki günlük yasaq rəqib sistemlərin istifadəsini artırıb. Mələsən, eyni funksiyalı “Telegram” iki gündə əlavə 1,5 milyon yeni istifadəçi qazanıb.
“WhatsApp”ın yasaqlandığı ilk bir neçə saatda 500 min adam oxşar proqramları yükləyib.
Bu qadağa “Telegram”a fayda verib.