”Walmart” administrasiyası avqustun 8-də bildirib ki, bu iri mağazalar şəbəkəsinə təzyiq göstərmək məqsədi ilə iki əməkdaşının başladığı etiraz aksiyası fonunda silah və silah sursatı satışını dayandırmağı planlaşdırmır.

AZƏRTAC xəbər verir ki, Tomas Marşall və Keyt Kesner El-Pasoda silahlı şəxsin “Walmart” mağazasına daxil olmasından sonra öz işəgötürənini silah satışını yenidən nəzərdən keçirməyə məcbur etmək məqsədi ilə belə bir kampaniyaya başlayıblar. “Walmart” əməkdaşlarının petisiyasında El-Pasoda gülləbaran, habelə iyulun 30-da Memfis qəsəbəsində “Walmart”da iki insanın öldürülməsi ilə nəticələnən daha bir insident xatırlanıb. Bu petisiya avqustun 8-nə qədər 44 min imza toplayıb.