“FAW-Volkswagen” yaxın illərdə Çin bazarı üçün 11 yeni model buraxacaq. Alman və Çin avtomobil istehsalçılarının birgə müəssisəsindən ilk yeni məhsul 2026-cı ildə peyda olacaq.

Agentliyin qeyd etdiyi kimi, “Volkswagen” yerli istehsalçıların ciddi rəqabəti ilə üzləşərək Çində öz model xəttini kütləvi şəkildə yeniləməyə başlayıb. Ötən il Çində “VW” satışları 9.5% azalaraq 2.93 milyon avtomobil təşkil edib. Şirkət 2030-cu ilə qədər ölkədə satışları ildə 4 milyon avtomobilə çatdırmağı planlaşdırır.

“FAW” və “VW” arasında imzalanan razılaşmaya əsasən təqdim edilən yeni modellərə altı elektrikli avtomobil, iki hibrid, iki yolsuzluq avtomobili və bir benzinlə işləyən avtomobil daxildir. Məlumdur ki, “Jetta” markalı elektrik avtomobil gələn ildən istehsal olunmağa başlayacaq. Eyni zamanda, bütün yeni modellər avtonom idarəetmə və bulud əsaslı proqram yeniləmələri kimi qabaqcıl rəqəmsal texnologiyalarla təchiz ediləcək.