Vergilər Nazirliyində struktur dəyişikliyi olub. Nazirlikdən fins.az-a verilən məlumata görə, nazirlik yanında 1 saylı Vergilər Departamenti yaradılıb. Məlumatda deyilir: «Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, vergi orqanlarının daha səmərəli və şəffaf işləməsini, büdcəyə daha çox vəsait toplamasını təmin etmək məqsədilə vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun 24 dekabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb».
Yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb. Yeni departamentin rəisi vəzifəsinə Zaur Fətizadə təyin edilib. Xatırladaq ki, Z.Fətizadə indiyədək Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini vəzifəsini tuturdu.