İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) üzvü olan ölkələrdə ümumi vergi daxilolmalarının Ümumi Daxili Məhsuldakı (ÜDM) payı, 2014-ci ildə 34,44% ilə ilk informasiyanın açıqlandığı 1965-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb.

OECD göstəricilərindəntoplanan məlumatlara görə, ümumi vergi daxilolmalarının ÜDM-də payı mənasına gələn “vergi yükü”nün OECD-in orta göstəricisi, göstəricinin başlanğıcı olan 1965-ci ildə 24,8% ikən, bu nisbət 2010-ci ildə 32,78%-ə, 2011-ci ildə 33,29%-ə, 2012-ci ildə 33,79%-ə yüksəlib. 2013-ci ildə də 34,16%-ə çıxaraq yüksəlməyə davam edən bu nisbət, 2014-ci ildə bir əvvəlki ilə nisbətən 0,28 bənd artaraq 34,44% çıxıb.

Beləliklə, OECD ölkələrində vergi yükü 50 ildən bəri görülən ən yüksək səviyyəyə çatıb. Vergi gəlirlərinin ÜDM içindəki payı 50,88 faiz olan Danimarka bu nisbətlə OECD ölkələri arasında vergi gəlirlərinin ÜDM-dəki payı ən yüksək olan ölkə olub. Bu ölkənin ardınca, 45,22 faiz ilə Fransa, 44,66 ilə Belçika və 43,85% ilədə Finlandiya gəlir.

İtaliya, İsveç və Almaniya kimi ölkələr də 34,44 faiz olan OECD ortalamasının üstündə yer alıb.

OECD üzvləri arasında ən aşağı vergi yükü 19,50 faiz ilə Meksikadadır. Bu sahədə Çili 19,82% ilə ikinci, Cənubi Koreyaya 24,61% ilə üçüncü sırada yerləşir.

OECD üzvləri arasında vergi yükünün ən aşağı 6-cı ölkə olan Türkiyədə vergi gəlirlərinin ÜDM içindəki payı 2000-2010 dönəmində 24,16% ilə 26,29% arasında dəyişib.

Mənbə:Marja.az