Venesuela “Petro” adı ilə çıxaracağı kriptovalyutasına Türkiyə, Qətər, ABŞ və Avropadan investisiya cəlb edəcəyini deyib.
Prezident Nikolas Maduronun hökuməti, ilk “Petro” satışına çərşənbə günü start verəcəkdir. Hökumət, “Petro”nun Vaşinqtonun maliyyə sanksiyalarının təsirini azaltmağa kömək olacağını bildirir.
Venesuela hökuməti “Petro”ya dair bütün detalları açıqlamayıb. Ancaq hökumətin müşavirləri, “Petro”nun   38.4%-nin 60%-lik bir endirimlə satılmasını təklif edirlər.
Venesuelanın ödəmə gücünün zəif olması investorların “Petro”ya marağını məhdudlaşdıra bilər.

 

ABŞ-ın Xəzinə Nazirliyi, “Petro”nun Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkəsi olan Venesuelaya qarşı sanksiyaları poza biləcəyi barədə xəbərdarlıq edib.
Venesueladakı inflyasiya nisbəti dörd ədədli səviyyələrə çatmış vəziyyətdədir, ölkədə ərzaq və dərman qıtlığı davam edir.
Maduro, hökumətinin ABŞ-ın başlatdı “iqtisadi müharibənin” qurbanı olduğunu deyir.