Rusiyanın “AvtoVAZ” şirkəti İrana avtomobil ixracı və istehsalı ilə bağlı danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın “Rostex” dövlət şirkətinin direktoru Viktor Kladov məlumat verib. O qeyd edib ki, “AvtoVAZ” Misirdə avtomobil istehsalını həyata keçirir və hazırda bir çox ölkələrlə, o cümlədən İranla həm avtomobil satışı, həm də avtomobillərin yığılmasına dair danışıqlar aparılır.