Bu gün Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dollar 0.01 qəpik bahalaşaraq 1.7023 AZN/USD səviyyəsində formalaşıb. Fins.az-ın verdiyi xəbərə görə, hərraca çıxarılan 35 milyon dollardan 39%, yəni 13 milyon 800 min dolları satılıb. Başqa sözlə, 21 milyon 200 min dollar, yəni 61%-ı satılmayıb.
Bank sektorundan aldığımız məlumata əsasən, hərracda 1.7022 – 1.7024 manata üç sifariş qəbul olunub. Qeyd edək ki, öncəki hərracda cəmi 2 sifariş qəbul olunmuşdu. Bununla Azərbaycan kommersiya banklarının valyuta hərracına marağı olmadığı müşahidə olunur.