Türkiyədə illik inflyasiya ötən ilin dekabr ayında daha da artıb.
“APA-Economics” Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, ötən ilin dekabrında ölkədə inflyasiya 64,77% səviyyəsində olub.
TÜİK məlumatına əsasən, ötən ilin noyabr ayında qeyd olunan rəqəm 61,98% təşkil edib.