Türkiyənin özəl dəniz şirkətlərinin Xəzərdə Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı marşrutu ilə hərəkət etməsi məsələsi hazırda müzakirə olunur. 

Bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov  bildirib: “Lakin dəniz nəqliyyatında həm milli maraqlar, həm də biznes maraqları nəzərə alınmalıdır”.

Nazir deyib ki, qeyd edilən şirkətlərin təklifləri Azərbaycanın maraqlarına uyğun olarsa, bunun reallaşaması mümkün ola bilər: “Lakin onların təklifləri bizi qane etməsə, digər məsələlər müzakirə ediləcək. Bununla belə, birmənalı şəkildə fikir bildirməyi əslində doğru hesab etmirəm. Bu prosesi dəniz nəqliyyat bazarındakı şərtlər və biznes müəyyən edir”.

Mənbə: Report