Azərbaycanda Türk şirkətinin filialı açıldı.

Banker.az xəbər verir ki, “UMT Uluslararası Taşımaçılık Anonim” şirkətinin Azərbaycan Respublikasında filialı açılıb.

Yeni açılan filialın qanuni təmsilçisi Məmmədov Rəşad Telman oğludur. Filialın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov ev.120A m.27. ünvanında fəaliyyət göstərəcək.

Bildirək ki, 2010-cu ildə fəaliyyətə başlayan UMT Uluslararası Taşımacılık, bazarda “Transtar Cargo” markası ilə tanınır. Şirkət uzun müddətdir ki, Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə yüzlərlə müştəriyə yük daşınması, idxal və ixrac xidmətləri göstərir. Həmçinin şirkət Avropa ölkələrində, Amerika Birləşmiş Ştatlarında (Rusiya, Qazaxıstan, Belarusiya və s.) gömrük rəsmiləşdirilməsi xidmətləri də göstərir.