Türkiyədə illik inflyasiya 2023-cü ilin yayından bəri ilk dəfə olaraq 50 faizdən aşağı enib.
“APA-Economics” Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, istehlak qiymətləri sentyabr ayında əvvəlki ilin eyni dövrünə görə 49,38% artıb.
Sentyabrda isə aylıq inflyasiya 2,97% olub.