Türkiyə hakimiyyəti onlayn fəaliyyət göstərən qanunsuz kazinolara və bukmeker kontorlarına qarşı fəal mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, Türkiyə milli lotereyasının rəhbərliyi təkcə 2023-cü ildə ölkənin İnformasiya texnologiyaları və rabitə İdarəsinə (BTK) qanunsuz internet-oyun resurslarına çıxışın bağlanması tələbi ilə 168 030 müraciət göndərib ki, onlardan 160 273-ü təmin edilib.

Səlahiyyətlilərə görə, keçən il Türkiyədə bloklanan ən çox qanunsuz onlayn kazino və bukmeker kontoru ABŞ-da qeydiyyata alınıb (73 175).

İkinci yerdə 41 607 qanunsuz onlayn kazino və bukmeker kontoru olan Ermənistandır. Liderlər üçlüyünə Niderland da daxildir – 19 757.

Bundan əlavə, ilk onluğa Almaniya, Hong Kong, Filippin, Seyşel adaları, Tayvan, İngiltərə və İran daxildir.