Goldman Sachs-ın müştəri hesabatına görə, təşkilat Türkiyə Mərkəzi Bankının (TCMB) bu həftəki yığıncağında faizin 3 bənd artırılacağını gözləyir.

Marja xəbər verir ki, Goldman Sachs-ın iqtisadçılarına görə, Türkiyə Mərkəzi Bankı Cümə axşamı günü pul siyasət yığıncağında faizi 10.25%-dən 13.25%-ə yüksəldəcək.

İqtisadçılar hesab edir ki, Türkiyə Mərkəzi Bankı maliyyələşdirməni məhdudlaşdırır və pul siyasətini sərtləşdirməkdə davam edəcəkdir.

Bloomberg-in iqtisadçılar arasında keçirdiyi sorğuya görə, TCMB faizini 1,50 bənd artıraraq 11.75%-ə yüksələcədəcək.

Goldmanın əsas ssenarisi faizin il sonuna qədər 17%-ə çatacağı istiqamətindədir.