Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

“Report” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin indiki – 24% səviyyəsində saxlanılmasına qərar verilib.

Bununla da, iqtisadçıların gözləntiləri özünü doğruldur.

Xatırladaq ki, TMB-nin bu il sentyabrın 13-də keçirilmiş iclasında 6,25faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılıb.