Bu ilin yanvar-aprel aylarında Türkiyə Rusiyadan 4,18 mlrd. kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 15% azdır.

APA-Economics”in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verildiyi məlumatlar əsasında apardığı hesablamalara görə, Türkiyə 2019-cu ilin yanvar-aprel aylarında Rusiyadan 4,92 mlrd. kubmetr qaz idxal edib.

Məlumata əsasən, aprel ayında Türkiyə Rusiyadan 470,33 mln. kubmetr qaz idxal edib. Bu da illik ifadədə 3,2 dəfə azdır.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 3 645,81 kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur. Bu ilin aprel ayında Azərbaycan 916,57 mln. kubmetrlə Türkiyənin qaz idxalında birinci yerdə qərarlaşıb (idxalın 34,8%-i). İkinci yerdə 470,33 mln. kubmetrlə Rusiya qərarlaşıb. Aprel ayında Türkiyə İrandan qaz idxal etməyib.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Türkiyənin qaz idxalı 17 825,14 mln. kubmetr təşkil edib.