Türkiyə Mərkəzi Bankının qərarlarına və ölkə rəhbərliyinin açıqlamalarına baxmayaraq Türk Lirəsinin ucuzalaşması dayanmır. 

Marja” xəbər verir ki, bu dəqiqələrdə Dollar/TL məzənnəsi yenidən 7 səviyyəsini keçib. Bakı vaxtı ilə saat 22:40-da 1 dollar 7.0006 səviyyəsində olub. Bu gün Türk Lirəsi Dollar qarşında 9% dətər itirib.

 

Səhər saatlarında 7,22 səviyyəsini test edən məzənnə Türkiyə Mərkəzi Bankının qərarlarından sonra 6.60 səviyyələrinədək geriləmişdi.