Dolların qiyməti 21 türk lirəsini də keçib.
Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildikdə sonra da Türk Lirəsi ucuzlaşmaqda davam edir.
Marja.az xəbər verir ki, Ərdoğanın yeni kabineti (yeni nazirlərin adlarını) açıqlaması da Türkiyənin milli valyutasına müsbət təsir göstərməyib. Bakı vaxtı ilə saat 07:50-də Dollar/Türk Lirəsi (TL) məzənnəsi 21,15 lirə təşkil edib. Bu gün Türk lirəsi Dollar qarşısında 0,8% də dəyərdən düşüb.
Uzun illər iqtisadiyyat idarəçiliyində çalışan Mehmet Şimşəkin maliyyə naziri təyin edilməsinin Türkiyə aktivlərinə müsbət təsir edəcəyi gözlənilirdi. Lakin hələlik bu baş verməyib. Şimşək beynəlxalq səviyyədə qəbul edilən iqtisadi siyasətləri ilə tanınır.